image-img-20211130-wa0083backend

Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva “Qadın Siyasi Liderlər” təşkilatının qapalı formatda keçirdiyi “Nəsil bərabərliyinin qurulması: parlament fəaliyyətinə doğru” adlı yüksək səviyyəli dialoqda iştirak edib.
Nəzərinizə çatdıraq ki, virtual dialoq zamanı ilk olaraq genderlər arasında bərabər imkanların təmin edilməsi məqsədilə ölkə səviyyəsində həyata keçirilə biləcək strategiyalar müzakirə olunub. Millət vəkili K.Nurullayeva da dialoqda mövzu ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanda qadın hüquqlarının müdafiəsi üçün yaradılan hüquqi baza, bu sahədə həyata keçirilən layihələr, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT İnkişaf Programı ilə birgə kəndlərdə yaşayan qadınların məşğulluq imkanlarının artırılması məqsədilə təşkil etdiyi layihə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə daha sonra parlament sədrlərinin gender bərabərliyinin təbliğ olunmasında rolu barədə müzakirələr aparıldı. Millət vəkili Könül Nurullayeva da, həmçinin parlament sədrlərinin gender bərabərliyi alətlərinin təsirini artırmaq məqsədilə “gender bərabərliyinə çoxşaxəli yanaşma” təşəbbüsü ilə çıxış edə biləcəyindən bəhs edib. K.Nurullayeva Azərbaycanda birinci vitse-prezidentin qadın olduğunu, eyni zamanda Parlamentə qadın spikerin seçilməsi, Milli Məclisdə zərif cinsin nümayəndələrindən olan deputatların sayının artması, Azərbaycanda bir çox siyasi vəzifələrə qadın nümayəndələrin təyin olunması kimi faktlara da toxunub.

Onlayn formatda keçirilən tədbirin sonunda isə iştirakçılar nəsil bərabərliyinin inkişafını təmin etmək üçün ölkə səviyyəsində sektorlararası əməkdaşlığın gücləndirilməsi ilə bağlı öz fikirlərini bölüşüblər. Deputat Könül Nurullayeva da,  qadınların təhsil və biznes sahəsində imkanlarının genişləndirilməsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.  Millət vəkili bu məqsədlərə nail olmaq üçün ölkəmizdə qəbul olunmuş Qadın Məşğulluğu üzrə Milli Fəaliyyət Planı kimi uzun müddətli strategiyaların mövcud olmasının vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, QSL təşkilatının prezidenti və təsisçisi Silvana Koç-Mehrin, UST – 2030 Rəhbərlik Komitəsinin həmsədri Qabriela Kuevas Barron, Kipr Nümayəndələr Palatasının sədri Annita Demetriou, İsveç Sədrinin birinci müavini Asa Lindestam, Taylandın Nümayəndələr Palatasının üzvü Çitpas Kridakon, Ruanda Deputatlar Palatasının sədri Donatille Mukabalisa, Əfqanıstan Parlamentinin üzvü Şinkay Karokhail, Serbiya Parlamentinin üzvü Sandra Boziç, Gürcüstan Parlamentinin üzvü Nino Tsilosani, Polşa Senatının üzvü Qabriela Morauska-Stanecka, Liberiyanın Vitse-prezidenti Yavel Hovard Taylor, Kanada Senatı Marilu Makfedran, Portuqaliya Parlamentinin üzvü Lina Lopes də virtual tədbirin iştirakçıları arasında olub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki