image-img-20211015-wa0013backend

Könül Nurullayeva: “Rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq”

image-reklam_sirab_01

Milli Məclisinin 15.10.2021-ci il tarixdə keçirilən iclasında millət vəkili Könül Nurullayeva təhsil haqqında qanun layihəsinin müzakirəsi zamanı bəzi irad və təkliflər irəli sürüb. Deputat bildirib ki, təhsilin inkişafı daim dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır və mütəmadi olaraq təhsil sahəsində olan boşluqların aradan qaldırılması, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bununla belə, müasir təhsil sistemimizdə hələ də lazımi səviyyədə təşkil edilməyən, təhsil sferasında inkişaf prosesini ləngidən məqamlar müşahidə olunur. Vətəndaşların təhsil almaq imkan və şəraitinin yaxşılaşdırılması, müasir əmlak bazarına uyğun kadr hazırlığının həyata keçirilməsi, təhsil siyasətinin təkmilləşdirilməsi, bu sahənin perspektiv imkanlarının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlərdən hesab olunur.

Millət vəkili qeyd edib ki, “Təhsil haqqında” Qanununa dəyişikliklərə dair lahiyələrdə yüksək texniki peşə təhsili səviyyəsini başa vuran məzunların, təhsil haqqında sənədlərinin ali təhsil müəssisəsinə daxil olmaq üçün əsas yaratması, həmçinin bu şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı tam orta təhsil hüququnun verilməsi təklif olunmuşdur. “Təkliflər peşə təhsilinin inkişafı üçün olduqca maraqlı və mütərəqqi addımdır” deyən millət vəkili beynəlxalq təcrübəyə nəzər alıb. Bildirib ki, Türkiyə Qanunvericiliyinə əsasən, yüksək texniki peşə təhsilini bitirənlərin təhsil haqqında sənədləri ilə ali təhsil müəssisələrinə qəbul olmaları yetərli deyil. Həmin ölkənin Təhsil Nazirliyi tərəfindən müəyyən olunan əlavə dərslərə də bu kateqoriyadan olan məzunların girməsi barədə məcburi tələb var. Peşə təhsilinin inkişaf etdiyi ölkələrdə sıravi işlər üzrə də əmək bazarında daha peşakar yanaşma mövcuddur: “ABŞ, İngiltərə, Finlandiya təcrübələrinə nəzər salsaq görərik ki, peşə təhsilinə yönələnlər daha azgəlirli ailələrin fərdləri olsalar da, davamlı tədrisə meyillidirlər və daha sonra ali təhsil sahəsinə yönəlirlər. Lakin bu ölkələrdə yaradılan iş imkanlarında peşə təhsili məzunlarının ali təhsil müəssisələrinə qəbul olmaq zərurəti o qədər də yoxdur. Çünki bu təhsillə həyatlarını qura, maddi ehtiyaclarını tamamilə və asanlıqla qarşılaya bilirlər”.

K.Nurullayva onu da diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan qanunun tətbiqi zamanı hər bir halda rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq: “Həqiqətən də, “Peşə təhsil məktəblərini bitirən şəxslərə ali təhsil müəssisələrinə qəbul olunmaq imkanın verilməsi müsbət nəticələr doğura bilər mi?”, “Bu, peşə təhsilinin mahiyyətindən uzaqlaşmadan hansı qaydalarla realizə olunmalıdır?” kimi suallar var. Belə hesab edirəm ki, peşə təhsil məktəblərini bitirənlərə əlavə kurslar və ya müəyyən müddətlik iş təcrübəsi tətbiq edildikdən sonra verilən sənəd əsasında ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət etmək hüququ verilməsi daha yaxşı olar. Əks halda, müəyyən mənada problemlər yaranması mümkündür”.

cümə axşamı, 14 oktyabr 2021, 02:29PM +04:00 from Könül Nurullayeva [email protected]:

Balaca Əlini tək qoymayaq – Bu uşağın yardımınıza ehtiyacı var!
5 yaşlı Fərzəli Əli Namin oğlu tetraparetik formada olan uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar olaraq balaca Əli yeriməkdə çətinlik çəkir, sərbəst otura və danışa bilmir, yaşıdlarından geri qalır. Xəstəlikləyin müalicəsinin davam etdirilməsi üçün Əlinin ailəsinin maliyyə yardımına ehtiyacı var.

Ailənin imkanları məhdud olduğu üçün valideynləri azyaşlı uşağı müalicə etdirə bilmir. İmkanlı şəxslərdən və gücü çatan hər bir vətəndaşımızdan xahişimiz budur ki, bu balaca övladımızın sağalması üçün əllərindən gələni əsirgəməsinlər.

Yardım etmək istəyənlər aşağıda qeyd olunmuş bank hesabına pul vəsaiti köçürə yaxud telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Telefon nömrələri: +994 77 304 70 24

Bank hesabının detalları:
Kapital Bank
Kart məlumatları: 4169 7385 3645 0632, 07/24


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki