image-img-20211016-wa0002backend

Azərbaycanın şanlı zəfər tarixi Xorvatiya mətbuatında

image-reklam_sirab_01

Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun rəhbəri Könül Nurullayevanın Zəfər Günü və Vətən müharibəsinin bir ili münasibətilə Xorvatiyanın nüfuzlu mətbuat orqanında məqaləsi dərc olunub. “Azərbaycanın böyük qələbəsi Cənubi Qafqaza inkişaf və sülh gətirdi” sərlövhəli məqalədə bir il əvvəl Azərbaycanın böyük qələbəyə imza atdığını qeyd edən millət vəkili yazır ki,
beynəlxalq münasibətlərdə müşahidə edilən ikili standartlardan istifadə edən Ermənistan təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi torpaqlarda  azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi: “1992-ci ilin fevralında ermənilər Xocalıda 106-sı qadın və 63-ü uşaq olmaqla 613 nəfər azərbaycanlını etnik mənsubiyyətinə görə qətlə yetirərək soyqırımı törətdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə 27 il ərzində icra edilmədi. Ermənistan istər işğal siyasətinə görə, istərsə də BMT qətnamələrini icra etmədiyi üçün cəzalandırılmadı”. Nəticədə Ermənistanın Azərbaycana məxsus ərazilərdə işğalı möhkəmləndirdiyini, hərbi cinayətlər törətdiyini yazan K.Nurullayeva qeyd edir ki, bu müddətdə ermənilər Azərbaycan xalqının mədəni və dini irsinə qarşı da terror törətdi.
Məqalədə 1994-cü ilin may ayından etibarən münaqişə tərəfləri arasında  atəşkəs razılaşmasına rəğmən Ermənistanın o vaxtkı təmas xəttində və sərhəddə intensiv şəkildə təxribatlar törətdiyi xatırladılır. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladığı vurğulanır: “Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qaldı. Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən istifadə etdi. Azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq məqsədilə ağır artilleriya, qadağan olunmuş silahlardan, ağ fosfor və kasetli sursatlardan istifadə etdi. Nəticədə 11-i uşaq olmaqla 94 mülki şəxs qətlə yetirildi, 400-dən artıq insan yaralandı. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab vermək təbii ki, Azərbaycanın suveren hüququ idi. Elə bu təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 gün ərzində 30 illik işğala son qoydu.”
K.Nurullayeva yazır ki, Azərbaycan döyüş meydanında öz tarixi torpaqları uğrunda ləyaqətlə mübarizə apardı.
Qarşı tərəfin yalnız hərbi hədəfləri zərərsizləşdirildi.
Hərbi əməliyyatlar zamanı Azərbaycanın qazandığı uğurlar işğalçını təslim olmağa məcbur etdi. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad edildi.
Məqalədə qeyd olunur ki, bu gün Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan Azərbaycan regionda Ermənistanın da iştirakı ilə geniş əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır: “Müharibənin başa çatmasından ötən 1 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur bölgəsində irimiqyaslı bərpa-quruculuq işləri aparılır. Cəmi 8 aya inşa olunan beynəlxalq statuslu Füzuli Hava Limanı Qarabağın hava qapısıdır və artıq öz sərnişinlərini qəbul edir. Hazırda daha 2 hava limanı inşa olunmaqdadır. 4 şəhərin baş planı hazırlanıb, smart şəhər və kəndlər salınır. Azərbaycan bu işlərin hər birini öz maliyyə vəsaiti hesabına həyata keçirir.”
K.Nurullayeva yazır ki, Ermənistan işğal dövründə minaladığı ərazilərin xəritəsini verməməklə bərpa prosesinə mane olmağa çalışır. Belə ki, Ermənistanın bu vaxta qədər təqdim etdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faiz təşkil edir. Bu məsələdə də ciddi təzyiqlər olmalı, bölgənin rifahı üçün Ermənistan minalı ərazilərin xəritəsini təqdim etməyə məcbur edilməlidir.
Millət vəkili həmçinin Azərbaycanın haqq işinə dəstək verdiyi üçün rəsmi Zaqrebə də təşəkkür edib.
(https://www.zagorje.com/mobile/clanak/sponzorirani-clanci/velika-pobjeda-azerbajdzana-donijela-je-mir-i-razvoj-na-juzni-kavkaza1)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki