image-3backend

“Korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əməkdaşlığının gücləndirilməsi” adlı tədbir keçirilib

image-reklam_sirab_01

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Dövlət Miqrasiya Xidməti ilə birgə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının 5.1-ci maddəsinin icrası məqsədilə “Korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərən QHT-lərin dövlət orqanları ilə əməkdaşlığının gücləndirilməsi” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Agentliyin Müşahidə Şurasının üzvləri, Xidmətin və Agentliyin məsul əməkdaşları, qeyri-hökumət təşkilatları iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi olduqca vacibdir. Zaman keçdikcə korrupsiyanın səbəb və nəticələri dəyişdikcə, beynəlxalq və yerli səviyyədə korrupsiya ilə mübarizənin forma və metodları da dəyişir. Bu baxımdan korrupsiya hallarının ifşa olunmasında vətəndaş cəmiyyəti təsisatlarının fəallığı çox önəmlidir.
Daha sonra çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir və bu islahatlar bu gün də davam etdirilməkdədir. V.Hüseynov bildirib ki, Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına verilən önəmin nümunəsi kimi qiymətləndirmək olar.

Daha sonra çıxış edənlər Agentliyin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Zaur İbrahimov və qeyri-hökumət təşkilatlarının rəhbərləri – Sahib Məmmədov, Rauf Zeyni, Ramil İskəndərli, Vüsalə Hüseynli, Əhməd Abbasbəyli, Hafiz Həsənov, Mirəli Hüseynov, Cəsarət Hüseynzadə, Səadət Bənənyarlı, Ruslan Atakişiyev ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğulayaraq, korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə toxunublar. Bildiriblər ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin yeni təşəbbüsləri Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların məlumat almaq imkanlarının genişləndirilməsi sahəsində normativ aktların qəbul edilməsi, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq istiqamətində atılmış addımların davamı kimi qiymətləndirilir.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və Xidmətin rəisi mövzu ilə bağlı QHT- lərin suallarını cavablandırıb.

image-2 image-3 image-4 image-5 image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image