Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb.
Veteninfo.az xəbər verir ki, bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov deyib.
Serdyukov sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin edə bildiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb.
Bildirək ki, bugündən KTMT sülhməramlılarının Qazaxıstandan çıxması prosesi başlayacaq. Prosesin 10 günə tamamlanacağı gözlənilir.