Venesuela Prezidenti Nikolas Maduro bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq. Vətəninfo.az xəbər verir ki, o və həyat yoldaşı Cilia Floresbu gün axşam hakim qarşısına çıxacaqlar.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatda qeyd olunur ki, Maduro, həyat yoldaşı Cilia Flores, oğlu Nikolas Maduro Guerra, daxili işlər naziri Diosdado Cabello, keçmiş daxili işlər naziri Ramon Rodriguez Chacín və “Tren de Aragua” dəstəsinin lideri Hektor Rusthenford Guerrero Floresə qarşı ittiham aktının məxfiliyi əvvəlki gün qaldırılıb.
Qeyd olunur ki, Maduroya qarşı ittihamlar ilk dəfə 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın birinci müddətində elan edilmişdi və sonrakı illərdə yenilənmiş ittihamnamədə dörd ayrı ittiham irəli sürülüb.


























