image-reklam-veteninfo
image-1backend

Maduro bundan imtina etdi: “Mən Venesuela prezidentiyəm və özümü müharibə əsiri hesab edirəm”

image-reklam-veteninfo

2026-cı ilin 6 yanvarında Venesuela prezidenti Nikolas Maduro Nyu-York məhkəməsində ifadə verib.

Vətəninfo.az Fox News-a istinadən xəbər verir ki, Maduro məhkəmədə ispan dilində çıxış edərək özünün günahsız olduğunu bildirib və belə deyib: “Mən Venesuela prezidentiyəm və özümü müharibə əsiri hesab edirəm. Məni Karakasdakı evimdən əsir götürüblər”.

Bu sözlərdən sonra hakim Maduronun çıxışını kəsib.

Xatırladaq ki, ABŞ ordusu 3 yanvar tarixində Venesuelaya hava hücumu həyata keçirərək Prezident Maduro və həyat yoldaşını əsir götürmüşdü. ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Venesuelada özlərinə uyğun hökumət qurulana qədər ABŞ-ın bu ölkəni idarə edəcəyini bəyan etmişdi.

Karakas bu hərəkətləri hərbi təcavüz olaraq qiymətləndirib və fövqəladə vəziyyət elan edib. Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez isə Trampın “ABŞ-ın istədiyini etmək” tələbini rədd edərək, Venesuelanın heç bir halda müstəmləkəyə çevrilməyəcəyini bəyan edib.

Daha sonra Venesuela rəsmiləri ABŞ-ın qarşısında əməkdaşlıq və dialoq üçün yollar tapmağı təklif ediblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki