image-malikbackend

Malik Həsənov: Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı iki dost ölkənin sarsılmaz birliyinin növbəti təqdimatıdır

image-reklam_sirab_01

“Bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığı bugünümüzün reallıqlarından daha aydın görünür. Atılan hər bir addımda, irəli sürülən təşəbbüslərdə, reallığa çevrilən layihələrdə bu birliyin  təzahürlərini görür və bundan qürur hissi keçiririk. 44 günlük İkinci Qarabağ savaşı  bir daha iki dost, qardaş ölkənin sevincinin də, kədərinin də  bir olduğunu, daim bir-birindən güc aldıqlarını nümayiş etdirdi.

 

Azərbaycana qardaş dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsinin başlandığı ilk saatlardan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı.  Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Ordumuzun gücü sayəsində  44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə yazdığı Qələbə səhifələri Azərbaycan qədər də Türkiyəni sevindirdi. Küçə və meydanları iki dost ölkənin bayraqları bəzədi. Bu gün isə işğaldan azad edilmiş torpaqlarımızda  bayraqlarımızın birgə dalğalanmasının  şahidiyik. Bu, dünyaya ünvanlanan dostluğun, qardaşlığın  növbəti nümunəsidir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, zəngin tarixi köklərə malik, sıx tellərlə bağlı olan bu əlaqələr hər gün daha da inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəldi: “Bununla bağlı tarixi sənədə Qarabağın tacı olan Şuşamız şahidlik etdi. Bu il iyun ayının 15-i Milli Qurtuluş Günündə bütün dünyanın diqqəti Şuşaya yönəldi. Musiqi beşiyimizdə dalgalanan  Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin nümayişi oldu.  Oktyabrın 26-da isə bu bayraqlar Füzulidə,  Zəngilanda dalğalandı. Qardaş Türkiyə Vətən müharibəsi dövründə Azərbaycanın tarixi Qələbəsi üçün necə siyasi və mənəvi dəstək göstərirdisə, bu gün soydaşlarımızın tezliklə Böyük Qayıdışının həyata keçirilməsi üçün  bərpa və quruculuq işlərinə öz töhfəsini verir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağa, Şuşaya  ilk səfər edən dövlət başçısı kimi  Rəcəb Tayyib Ərdoğan bu ərazilərimizdə ilk reallaşdırılan, Azərbaycan-Türkiyə birliyinin uğuru kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanına ilk xarici uçuşu da həyata keçirməklə  iki dost ölkənin hər zaman bir-birinin yanında olduğunu təsdiqlədi.”

Millət vəkili vurğulayıb ki,  Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə  Füzuli Beynəlxalq Hava Limanının açılışı,  Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq və mətbuata birgə bəyanatları,   Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması  və sair kimi tarixi hadisələr bu birliyin perspektivlərini açıqlayır: “Cənab İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirmişdir ki,  birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu gün Zəngilan rayonunda təməli qoyulan birinci özəl yatırım layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Bu, Azərbaycan və Türkiyənin  çiyin-çiyinə bir yerdə irəlilədiyini bir daha göstərir. “Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik” söyləyən dövlət başçısı   təməli qoyulan Zəngəzur dəhlizinin bütün türk dünyasını birləşdirəcəyini də böyük inamla qeyd etdi.  Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt  açıqlandı. 2023-cü ilə qədər bu yolun açılışı nəzərdə tutulur.”

“Tarixi Zəfərimizdən ötən  dövr ərzində görülən işlərə diqqət yetirdikdə  miqyasının nə qədər böyük olduğunu görürük” söyləyən Malik Həsənov bildirib ki, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən  Füzuli Beynəlxaq Hava Limanının tikintisi ilə bağlı işlər  qısa  zamanda reallığa çevrildi: “Gələn il Zəngilanda inşa edilən  Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyi gözlənilir. Türkiyə Prezidenti Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bu fikri xüsusi qeyd etdi ki,  işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini,  sürətlə inkişaf etdiyini görürük. Bu hər igidin, hər siyasətçinin işi deyil. Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki