image-28backend

Manama-Bakı reysi bərpa olunur

image-reklam_sirab_01

2022-ci ilin 6 yanvar tarixindən Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air” şirkəti paytaxt Manamadan Bakıya birbaşa reyslərini bərpa edəcək.

 

Vətəninfo.az xarici mətbuata istinadən verdiyi məlumata görə, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

“Gulf Air”in icraçı direktoru Vəlid Əl-Ələvi bildirib ki, aviaşirkət 2018-ci ildən bəri Bəhreynlə Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirir və bu aviareys “Gulf Air” şəbəkəsi daxilində ən populyar istiqamətlərdən biri olub.

 

Qeyd edək ki, hazırda COVID-19 pandemiyası səbəbi ilə “Gulf Air” pandemiyadan əvvəlki reyslərinin 80%-dən bir qədər çoxunu həyata keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image