Dünən ABŞ-də tanınmış jurnalist və siyasi analitik Mark Levin İranın ali rəhbəri Əli Xameneiyə ünvanladığı açıqlamada kəskin və hədələyici ifadələr səsləndirib.
Vətəninfo.az xəbər verir ki, Levin İsrailin “Channel 14” telekanalına müsahibəsində bildirib: “Biz sənin üçün gəlirik. Sayılı günlərin qalıb. Gizlənsən də, səni tapacağıq”.
O, ABŞ-nin bölgədəki hərbi fəallığını şərh edərək deyib ki, Vaşinqtonun Yaxın Şərqə böyük dəniz qüvvələri yerləşdirməsi təsadüfi deyil. Tehranla mümkün danışıqlara da toxunan Levin İslam Respublikasının prosesi uzatmağa çalışdığını deyib.
ABŞ mediasında nüfuzlu fiqur sayılan və prezident Donald Trampa yaxınlığı ilə tanınan Levin son həftələrdə İslam Respublikası ilə bağlı ardıcıl sərt mövqe nümayiş etdirir.


























