800 manatlıq tütün məmulatı oğurlayan şəxs saxlanılıb.
DİN-dən Lent.az-a verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki digər bir köşkdən 3000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.