image-reklam-veteninfo
image-1backend

Maskdan şok qərar: Epşteynin müdafiəsinə qalxır

image-reklam-veteninfo

Amerikalı milyarder iş adamı Elon Mask, milyarder Ceffri Epşteyn işi ilə bağlı “həqiqəti söylədiklərinə görə” məhkəməyə verilən şəxslərin hüquqi xərclərini ödəməyə hazır olduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Mask bu açıqlamanı ABŞ-da Milli Futbol Liqasının (NFL) Super Kubok final oyununun fasiləsi zamanı yayımlanan və Epşteyn işinin qurbanlarını əks etdirən reklam çarxı fonunda verib. Sözügedən reklamda Epşteynlə bağlı bütün sənədlərin tam açıqlanmaması və bəzi adların gizli saxlanılması tənqid edilib.

ABŞ X şirkətinə məxsus sosial media platformasında bir istifadəçi reklam çarxını paylaşaraq Epşteyn işinin qurbanlarının gizli saxlanılan adları açıqlaya biləcəyini, lakin hüquqi təzyiqlərdən qorxan şəxslərin bu məlumatları Konqresdəki tərəfdarları vasitəsilə paylaşa biləcəklərini iddia edib.

Elon Mask paylaşmaya cavab olaraq bildirib:
“Bu məsələ ilə bağlı həqiqəti ortaya qoyduqları üçün məhkəməyə verilən hər kəsin hüquqi xərclərini ödəyəcəyəm”.

Qeyd edək ki, ən kiçiyi 14 yaşında olmaqla 18 yaşından az olan onlarla qıza cinsi istismar və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropolitan Həbsxanasında saxlandığı kamerada ölü tapılıb.

İctimaiyyətə açıqlanan məhkəmə sənədlərində Böyük Britaniya şahzadəsi Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və digər tanınmış şəxslərin adları çəkilib. Sənədlərdə həmçinin İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Dershowitz və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardsonun adları yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində Epşteynin məşhur şəxslərin yer aldığı gizli “müştəri siyahısı”nın mövcudluğunu təsdiqləyən hər hansı sübutun olmadığı bildirilib. Rəsmi araşdırmaya görə, Epşteynin hökumət rəsmiləri, iş adamları və məşhurların iştirak etdiyi cinayətləri ört-basdır etmək məqsədilə öldürüldüyü iddiaları təsdiqini tapmayıb və onun həbsxana kamerasında intihar etdiyi qənaətinə gəlinib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki