image-1_11643366281backend

Maykl Ceksonun bacısından ŞOK ETİRAFLAR – “Mənə…” – Foto

image-reklam_sirab_01

Bu gün ABŞ-ın “Lifetime” və “A&E” kanallarında dünya şöhrətli pop-ulduz Maykl Ceksonun bacısı Canet Cekson haqqında sənədli filmin premyerası olacaq. Bu filmdə Canet qardaşı ilə münasibətlərinin “qaranlıq tərəfi”ndən danışır.

Veteninfo.az xəbər verir ki, 5 il üzərində işlədikləri 4 saatlıq filmdə Canet qardaşının kobud münasibətindən, artıq çəkisinə görə onu lağa qoyduğundan danışır.

Onun sözlərinə görə, Maykl bacısını “donuz”, “at”, “qaban”, “inək” adlandırıb.

“O, çəkimə gülürdü, mən də gülürdüm, amma ürəyimin dərinliyində çox inciyirdim. Kimsə sənə çox kök olduğunu dedikdə, bu səni incitməyə bilməz”.

"Mənə "donuz" deyirdi" - Maykl Ceksonun bacısından ŞOK ETİRAFLAR - FOTO-VİDEO

Canet qardaşının qalmaqallarının ona da pis təsir etdiyini vurğulayır.

Bacı-qardaşın münasibətləri zamanla soyuyub. Maykl şöhrətin zirvəsinə çatdıqca Canetdən uzaqlaşmağa başlayıb və sonda onunla əlaqəsini tamamilə kəsib.

Düzdür, onlar bəzən birlikdə çalışmalı olurdular, lakin bu, onların soyuqluğunu aradan qaldırmırdı. Məsələn, “Scream” mahnısına klip çəkilişləri zamanı Maykl bacısını çəkiliş meydanına buraxmamağı tələb edirdi. Rejissorlar hər ikisi ilə ayrılıqda çalışırdılar: gecələr Mayklla, gündüzlər isə Canetlə./big.az

"Mənə "donuz" deyirdi" - Maykl Ceksonun bacısından ŞOK ETİRAFLAR - FOTO-VİDEO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki