image-60backend

Mədət Quliev şəhid övladının təhsil haqqını ÖDƏDİ

image-reklam_sirab_01

Müdafiə Sənayesi Naziri Mədət Quliyev nazirliyin Vətən müharibəsində şəhid şəhid olan əməkdaşı Nurlan Zeynalovun övladı Nurayın özəl bağçadakı təhsil haqqını öz üzərinə götürüb.

 

Veteninfo.az xəbər veriri ki, bu haqda Milli Məclisin deputatı Kamal Cəfərov paylaşım edib.

 

O bildirib ki, Nurayın bağçadakı gələn il üzrə təhsil haqqının ödənilməsi ilə bağlı Müdafiə Sənayesi Naziri Mədət Quliyevlə telefon əlaqəsi yaradıb:

 

“Nurlanın xatirəsi nazirlikdə əbədiləşdirilib. Şəhidimizin atası da hazırda elə həmin nazirlikdə çalışır. Böyük məmnuniyyətlə də Nurayın təhsil haqqının ödənilməsinə dəstək olunacaq. Bu gün nazirliyin əməkdaşı Kamil müəllimlə bağçaya getdik, təhsil haqqı tam (bu ilin son 2 ayı və gələn il) ödənildi”.

 

K. Cəfərovun sözlərinə görə, yaxın vaxtlarda Müdafiə Sənayesi Nazirliyinin 2-ci Qarabağ müharibəsində iştirak edən əməkdaşları və şəhidləri barədə kitab işıq üzü görəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image