image-71backend

“Məğlub ölkənin nümayəndəsi kimi çıxış etmək çətin idi” – Hikmət Hacıyev

image-reklam_sirab_01

“Məğlub olmuş ölkənin nümayəndəsi kimi xaricdə çıxış etmək mənim üçün həmişə çətin idi. Fəaliyyətim dövründə digər ölkələrin Zəfər günləri ilə bağlı tədbirlərə dəvət alırdım. Düşünürdüm ki, bizim tarixi torpaqlarımız üçün belə bir Zəfər nə vaxt olacaq”.

 

Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün ADA universitetində keçirilən “44 Günlük Zəfər Yolu” tədbirində deyib.

 

“Bu gün diplomatik nümayəndəliyimizin səyilə Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunur. Bunun üçün Ordumuza, Ali Baş Komandana təşəkkür edirik!”,- deyə Hikmət Hacıyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki