Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyi, Ankara bələdiyyə başçısı Mənsur Yavaş haqqında araşdırma başlatmaq qərarı verib. Vətəninfo.az xəbər verir ki, araşdırma, Yavaşdan əlavə, Ankara Bələdiyyə Şurasının 38 üzvünü də əhatə edəcək.
İttihamlar arasında məhkəmə qərarlarının yerinə yetirilməməsi və vətəndaşlar üçün problemlər yaradan vəzifə səlahiyyətlərindən sui-istifadə də yer alır. Araşdırma, Ankaranın Gölbaş rayonunun İncək qəsəbəsində 90 hektar ərazinin yenidənqurma layihəsi ilə bağlı illərdir davam edən hüquqi və inzibati mübahisələrdən sonra baş tutub.
Bu hadisə, Ankarada uzun müddətdir davam edən ərazi yenidənqurma işləri ilə bağlı problemlərin daha da dərinləşməsinə səbəb olub.


























