Almaniya kansleri Angela Merkelin əri Yoahim Zauer İtaliyanın “La Repubblica” qəzetinə bildirib ki, koronavirusa qarşı peyvənd olunmayan almanlar “tənbəldir”.
Veteninfo.az xəbər verir ki, bu səs-küylü açıqlama Almaniyanın Die Welt jurnalında dərc olunub.
“Əhalinin 1/3-nin elmi kəşflərə əməl etməməsi təəccüblüdür. Bu, qismən almanların müəyyən təkəbbürü və özlərini sakitləşdirməyə çalışmaları ilə bağlıdır”, – Merkelin əri bildirib.
O, həmçinin deyib ki, şəxsi əqidəsinə görə peyvənd olunmayan və “peyvənd kampaniyasından” imtina etdiklərini bəyan edənlər var.