Məşhur iranlı güləşçi Əmirrza Məsumi rəsmi müqavilə ilə Azərbaycan Respublikasının sərbəst güləş üzrə milli komandasının tərkibinə daxil olub.
Vətəninfo.az xəbər verir ki, uzun mübarizədən sonra Əmirrza Məsumi ilə Azərbaycan Güləş Federasiyası arasında müqavilə nəhayət dünən axşam imzalanıb.
Bir neçə gün əvvəl Fərdin Məsumi İran Güləş Federasiyasının rəhbərindən Əmirrzanın Azərbaycanın sərbəst güləş üzrə millisində çıxış etməsinə razıılq verməsini istəyib, lakin sonradan xəbər gəlib ki, Fərdin Məsumi, oğlu və İran Güləş Federasiyanın sədri Əlirza Dəbirlə görüş keçirilib və bu, ağır çəkili güləşçinin qərarını dəyişdirə bilər.
Əmirrza Məsuminin Azərbaycan Güləş Federasiyası ilə müqaviləsi olduqca əhəmiyyətlidir və güləşçiyə bu müqaviləyə görə ayda 22.000 dollar ödəniləcək.


























