2026-cı ildə “Qızıl top”un 30 namizədi arasında Lionel Messi populyarlıq reytinqinə görə birinci yerdə qərarlaşıb.
Vətəninfo.az xəbər verir ki, DeadlineDayLive tərəfindən yayılan reytinqdə argentinalı ulduz 100 mümkün baldan 92,3 bal toplayıb.
Siyahıda ikinci yeri 87,4 balla Fransa millisinin hücumçusu Kilian Mbappe, üçüncü yeri isə 86,7 balla norveçli futbolçu Erlinq Haland tutub. “Barselona”nın gənc istedadı Lamin Yamal 86,6 balla dördüncü, Cud Bellinqem isə 84,2 balla beşinci olub.
Reytinqdə digər futbolçuların göstəriciləri belədir:
* Rodri – 79,1 bal
* Harri Keyn – 73,8 bal
* Deklan Rays – 65,1 bal
* Ferran Torres – 63,5 bal
* Vinisius Junior – 61,3 bal
Məlumata görə, reytinq 2026-cı ildə Google axtarışlarının sayı, “Wikipedia” səhifələrinə baxışlar və futbolçuların formalarına olan axtarış marağı əsasında hazırlanıb.


























