image-42backend

Metrodakı sıxlığın SƏBƏBİ

image-reklam_sirab_01

Səhər saatlarında metroda qatarların geçikməsi sərnişinlər arasında narazılığa səbəb olub.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, ehtiyat qatarlar mütləq qaydada xətə buraxılır və xətdən çıxarılır:

 

“Yaxud da o ehtiyat qatarlar “Memar Əcəmi”, “Neftçilər” stansiyasında dalanlara verilir və orada gözləyir. Bu əməliyyat səhər saatlarında, 08:30-a qədər baş verir.

Eyni zamanda, gün ərzində interval 01:30, 01: 40, 01:50, 02:10, 02:15 saniyəyə qədər arta bilər. İnterval artımı o deməkdir ki, ehtiyat qatar dalana və yaxud depoya girib-çıxır. Ehtiyat qatarın xəttə verilməsinin sərnişinlər arasında anlaşılmazlıq yarada biləcəyi məqam budur”.

B. Məmmədov qeyd edib ki, məsələn, “Neftçilər” stansiyasında da bir saat və yarım saatdan sonra o ehtiyat qatar xəttə verilsə, qatar dövrə vurur və ondan sonra o qatar dalana verilir. Bu zaman xətdə həmin vaxt müəyyən problemlər yaranır”.

 

Qurum rəsmisi bildirib ki, ehtiyat qatarların xəttə buraxılması və çıxarılmasında müşahidə edilən problemlər “Bakmil” stansiyasının xəttin ortasında yerləşməsidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki