image-img-20211228-wa0048backend

Millət vəkili Könül Nurullayevanın təşəbbüsü ilə hüquqi yardım aksiyası keçirilib

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
Nəzərinizə çatdıraq ki, aksiyada iştirak edən vətəndaşlar, şifahi məsləhətlərin verilməsi, müxtəlif orqanlara yazılı müraciətlərin, iddia ərizələrinin hazırlanması və s. bu kimi hüquqi xidmətlərdən yararlanıb. Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan peşəkar vəkillər tərəfindən həssas qrupa daxil olan vətəndaşlarımıza, şəhid ailələrinə, qazilərə, xüsusilə qadınlara, yetkinlik yaşına çatmayan şəxslərə, aztəminatlı ailələrə hüquqi xidmət göstərildi. Aksiya çərçivəsində vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilib.
Millət vəkili Könül Nurullayeva aksiyanın həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Vəkilər Kollegiyasının sədri Anar Bağırova, o cümlədən 6 saylı Vəkil Bürosunun vəkilləri Aidə Tağıyevaya, Türkel Süleymanlıya,
Zabid Məmmədova, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Təlim Mərkəzinin vəkili Nurəngiz Qarayevaya təşəkkürünü bildirib, eyni zamanda 28 dekabr — Vəkillər Günü münasibətilə bu sahədə çalışan hər bir hüquqşünasa ən xoş arzularını çatdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki