image-img_20211216_151550_618backend

Milli Olimpiya Komitəsinin VIII Hesabat-seçki Baş Məclisinin iclasında iştirak etdim. İclas zamanı əvvəlcə MOK-un 2017-2021-ci illərdə fəaliyyəti ilə bağlı İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatını dinlədik.

image-reklam_sirab_01

Hesabat-seçki Baş Məclisinin iclasında cənab Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Daha sonra MOK-un İcraiyyə Komitəsinin seçkiləri keçirildi. Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Mariana Vasileva və Ramil Hacı ilə birlikdə mən də komitənin üzvü seçildim.

Bildirmək istərdim ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə idmanın inkişafı ölkəmizdə daim dövlətin diqqət mərkəzində olmuşdur. Elə bu səbəbdəndir ki, onların fəaliyyəti dövründə ölkəmiz ən mötəbər idman yarışlarına ev sahibliyi etmiş, bu sahədə dünyada böyük nüfuz sahibi olmuşdur.

Bir daha üzvlüyə seçilən bütün həmkarlarımı səmimi-qəlbən təbrik edir, məsuliyyətli fəaliyyətlərində onlara bol-bol uğurlar arzu edirəm. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, eyni zamanda #səsvermədə iştirak edən MOK-un hər bir dəyərli üzvünə mənə göstərdikləri etimada görə dərin minnətdarlığımı bildirirəm. Uzun illər idman sahəsində, o cümlədən MOK-da çalışmış biri kimi söz verirəm ki, bundan sonra da ölkəmizdə idmanın inkişafı üçün əlimdən gələni əsirgəməyəcək, həmçinin yerli və beynəlxalq idman tədbirləri üzrə fəaliyyətimi genişləndirərək gözəl Azərbaycanımın təbliğatı istiqamətində var gücümlə çalışacağam.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki