“Böyük əminliklə deyə bilərəm ki, biz nəyin olduğunu başa düşürük: biz ağır xəstəyik və yaralıyıq”. Bunu erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan “Civilnet” YouTube kanalında yayımlanan verilişin efirində deyib.
Aparıcının müharibədən sonra erməni cəmiyyətinə hansı diaqnozun qoyula biləcəyi ilə bağlı sualına iş adamı cavab verdi ki, həll yollarını təklif etməzdən əvvəl cəmiyyətin harada olduğunu, nəyin səhv olduğunu anlamaq lazımdır: “Bu il ərzində biz çox böyük işlər görmüşük. Böyük əminliklə deyə bilərəm ki, biz nəyin olduğunu başa düşürük: biz ağır xəstəyik və yaralıyıq. Və bu, iqtisadiyyat və hətta müharibə məsələsi deyil. Bir millət səviyyəsində ən dərin böhrandır”.