Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampı İranla müharibəni dayandırmağa çağırıb və neftin qiymətinin 200 dollardan yuxarı qalxacağı ilə bağlı qorxuların şişirdilmədiyini bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti məlumat yayıb .
Sisi bildirib ki, “Prezident Trampa deyirəm: bölgəmizdə, Fars körfəzində müharibəni sizdən başqa heç kim dayandıra bilməz”.
O, həmçinin “İranın Fars körfəzindəki ərəb dövlətlərinə hücumlarını qınadı”.


























