image-274154457_10225099022436325_1244644318813980400_nbackend

Moskva bir daha göstərdi ki onun imzasına etibar etmək olmaz-Əli Orucov

image-reklam_sirab_01

“Rusiya Xarici İşlər Nazirliyinin 15 iyulda yaydığı bəyanat Azərbaycanla Rusiya arasında 22 fevral 2022-ci ildə Moskvada bağlanmış müttəfiqlik bəyannaməsinin ruhuna və müdəllarına ziddir. Moskva bir daha göstərdi ki onun imzasına etibar etmək olmaz və qəbul etdiyi sənədlərə kağız parçası kimi yanaşır.”

Vətəninfo.az-a  açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov sözügedən bəyanatı şərh edərkən bildirib

Ə.Orucov daha sonra deyib; Əvvəla Rusiya Federasiyası anlamalıdır ki Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati bölgüsü yoxdur, Qarabağ iqtisadi rayonu var. Orda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Azərbaycan yaşayan digər etnik qrupların təhlükəsizliyinə və hüquqlarına necə hörmət göstərilib təminat verilirsə ermənilər üçün də eynisinin tətbiq olunacağına prezident səviyyəsində təminat verilir. Onlara hansısa xüsusi imtiyaz və ya statusun verilməsidən söhbət belə gedə bilməz. Rusiya Xarici İşlər Nazirliyi bu cür qəbuledilməz bəyanatı verməmişdən öncə Moskvada Putinin də imza atdığı müttəfiqlik bəyannaməsini ən azından gözdən keçirəydi. ikiüzlü siyasətin nəticəsidir ki Rusiyaya heç kim güvənmir, ona etibar etmir və real təhlükə kimi yanaşılır.”

Politoloqun fikrincə, Moskva hər vəchlə Cənubi Qafqazda uzunmüddətli sabitliyə və təhlükəsizliyə imkan verməyib. Bunda sonra da müxtəlif üsul və vasitələrlə öz imoeriyapərəst mövqeyini saxlamaq üçün ən müxtəlif üsul və vasitələrlə əl atmaqdan çəkinməyərək: ” Rusiya XİN bəyanatının və ardınca Xankəndində separatçıların aktivləşməsi Azərbaycan və Ermənistan liderlərinin Brüselldə Avropa İttifaqının təşəbbüsü ilə görüşlərinə təsadüf etməsi sülh prosesinin pozulmasına, münasibətlərin normallaşması da deyil gərginləşməsinə hesablanmış qızışdırıcı çağırışdır. Amma Rusiyanın bu cür təxribat xarakterli hərəkətlərinə baxmayaraq Cənubi Qafqazdakı varlığına çox az qalıb. Cənubi Qafqaz xalqları, xüsusən də Rusiyanın maşası olan ermənilər anlamalıdırlar ki Rusiya bu bölgəni tərk etmədən burda kı xalqlara hüzur və əmin əmanlıq, inkişaf və tərəqqi yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image