Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin İranın paytaxtı Tehrana səfər edib.
Veteninfo.az xəbər verir ki, Sergey Verşin İran xarici işlər naziri Hüseyn Əmir Abdollahianla görüşüb.
Tərəflər regional, o cümlədən Suriyadakı vəziyyəti müzakirə ediblər.
Rəsmilər Suriyada sabitlik üçün rəsmi Tehran və Moskvanın birlikdə çalışmasının əhəmiyyətini vurğulayıb.