image-reklam-veteninfo
image-1backend

Moxber: İran tarix boyu müharibələrdə məğlubiyyətlərə uğrayıb

image-reklam-veteninfo

İranın ali rəhbərinin müşaviri ölkənin Qacar və Pəhləvi dövrlərindəki hərbi məğlubiyyətlərindən danışıb

Vətəninfo.az xəbər verir ki, İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber ölkəsinin tarixdəki müharibələrdə məğlubiyyətlərinə dair açıqlama verib.

Moxber bildirib ki, İranın tarix boyu heç bir müharibədə məğlub olmadığı barədə fikirlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Qacarlar dövründə və Birinci Dünya müharibəsi zamanı İran ağır itkilərlə üzləşib. O qeyd edib ki, ölkə müharibədə bitərəfliyini elan etsə də, əhali aclıq və xəstəliklərdən ciddi əziyyət çəkib.

Moxber Türkmənçay müqaviləsi ilə bağlı da danışıb. Onun sözlərinə görə, həmin dövrdə ərazi güzəştləri ölkənin qalan hissəsini qorumaqla izah edilsə də, hakimiyyətin zəifliyi nəticəsində İran ərazilərinin böyük hissəsini itirib.

Ali rəhbərin müşaviri həmçinin Pəhləvi şahlarının hakimiyyəti dövründə İran ordusunun vəziyyətinə toxunub.

O bildirib ki, Birinci və İkinci Dünya müharibələri zamanı xarici qoşunların müdaxiləsi qarşısında İran ordusu qısa müddətdə dağılıb. Moxberin iddiasına görə, bəzi əsgərlər hətta silahlarını sataraq evlərinə qayıtmağa məcbur olublar.

Moxber əlavə edib ki, həmin dövrlərdə İran Bəhreyn kimi əraziləri də itirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki