Ötən il Belarusda hakimiyyətə müxalifət gəlsəydi, respublika mövcud olmayacaqdı.
Vətəninfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Belə bir hadisə olsaydı, ölkə mövcud olmazdı. Onlar bir gündə hakimiyyətə gəlsəydilər, Smolensk yaxınlığında artıq NATO bloku olardı. Konstitusiya prezidentə bunu etməyə icazə verir. Onların adamı hakimiyyətdə olsaydı, bundan istifadə edərdilər. Ona görə də biz çalışırıq ki, Konstitusiyaya hansısa yolla düzəliş edək”.