image-43backend

Nailiyyətlərimiz beynəlxalq qurumların diqqətindədir

image-reklam_sirab_01

Dünən Cənab Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında iştirak etdi. Ölkə Başçısının bu mötəbər toplantıda çıxışı bir çox önəmli məqamları özündə ehtiva edirdi. Beləki, cənab Prezident İlham Əliyev çıxışında ölkəmizin sosial-iqtisadi sahədə inkişafını əks etdirən göstəriciləri diqqətə çatdırmaqla yanaşı, Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə bağlı da beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Cənab Prezidentin sözləri ilə desək “…..Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”. Əlbəttə, ölkə başçısının bu sözləri İƏT ölkələri ilə yanaşı, regionda maraqları olan bütün ölkələr üçün olduqca əhəmiyyətli məsələdir. Sözsüz ki, ölkəmizin əldə etdiyi bütün bu uğurlar Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi qətiyyətli, uzaqgörən, genişmasştablı siyasətinin nəticəsidir.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin iqtisadi göstəriciləri gündən-günə inkişaf etmişdir. Şübhəsiz ki, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Beləki, Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Əlbəttə bu nəticələr özlüyündə Azərbaycanda aparılan islahatlara beynəlxalq qiymətin verilməsidir. Sözsüz ki, Azərbaycanın bu yeni göstəricisi ölkəyə xarici investisiyaların cəlbinə, iqtisadi potensialın tanıdılmasına və təqdim olunmasına yardım göstərməklə bərabər, islahatların gedişində ölkənin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına müsbət təsir edib.

 

İqtisad Əməkdaşlıq Təşkilatı ( İƏT) ilə Azərbaycanın arasında konstruktiv əməkdaşlıq mühitinin olduğunu deyən T.Cəfərova qeyd edib ki, Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Beləki, Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi İƏT-lə ölkəmiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinə və inkişaf etməsinə xidmət edəcək. Şübhəsiz ki, İqtisadi Əməkdaşlıq Təşkilatının səmərəli fəaliyyətinin təmin edilməsi üçün ölkəmiz tərəfindən lazımi dəstək göstəriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image