image-2backend

Napoleonun silahları hərracda böyük məbləğə satılıb

image-reklam_sirab_01

Fransa imperatoru Napoleon I Bonaparta (1769-1821) məxsus altı əşyadan ibarət silah dəsti Birləşmiş Ştatlarda hərracda 2,875 milyon ABŞ dollarına satılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İllinoys ştatında fəaliyyət göstərən və silah satışında ixtisaslaşan “Rock İsland Auction” şirkəti bildirib.

Həmin əşyalar Versal kral sarayının məşhur silah ustası Nikola-Noel Bute tərəfindən hazırlanmış incə oyma və naxışlarla bəzədilmiş beş ədəd odlu silah (iki tüfəng və üç tapança) və zərli qılıncdan ibarətdir. Bu əşyalar 1797-ci ildə Fransa Respublikası Direktoriyası tərəfindən qazandığı mühüm qələbələrə görə general Bonaparta hədiyyə edilib.

Qeyd olunur ki, Napoleonun 1799-cu il 9 noyabr tarixində həyata keçirdiyi dövlət çevrilişi zamanı üstündə olan qılınc o, imperator olandan sonra general Jan-Andoş Junoya hədiyyə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki