image-mahirbackend

Narkotika görə tutulduğu deyilən güləşçi: “Yalandır, məşqlərimi edirəm”

image-reklam_sirab_01

Ötən günlərdə Bakının Sabunçu rayonunda keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb. 

Veteninfo.az xəbər verir ki, saxlanılanların arasında tanınmış sərbəst güləşçi Mahir Əmiraslanov da olub.

Açıqlama verən sərbəst güləşçi ittihamların əsassız olduğunu bildirib:

“Məşqdən evə dönərkən, dostlar mənimlə əlaqə saxlayıb soruşdular, narahatlıqlarını dilə gətirdilər. Anlamıram, bu xəbər hardan çıxıb. Hazırda məşqlərini edirəm. Böyüyümə, atama söz vermişəm ki, yenə böyük yarış meydanlarında Azərbaycanın bayrağını dalğalandıracağam”.

Mahir Əmiraslanov Bakı-2017 İslam olimpiadası və Minsk-2019 Avropa oyunlarının qalibi, gənclər üzrə dünya çempionu və qitə çempionatının bürünc medalçısıdır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru, mayor Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, ailənin iddiaları həqiqəti əks etdirmir: “Bu barədə artıq DİN rəsmi məlumat yayıb. Həmin şəxslə bağlı cinayət işi başlanılıb. Ona görə də ailənin ittihamları əsassızdır”.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti Mahir Əmiraslanov barədə açıqlama verərək onun yığmadan kənarlaşdırıldığını bildirib: “Məşqçilər heyəti və federasiya bir neçə dəfə intizamsızlığına görə onu cəzalandırıb, hətta yığmadan uzaqlaşdırıb. Nizam-intizam kodeksinə əməl etmədiyi üçün onun barəsində bu cür qərar verilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki