Erməni jurnalist Nataly Aleksanyan bildirib ki, Ruben Vardanyanın Qarabağdakı dırnaqarası siyasi fəaliyyəti yalnız Azərbaycanlılara deyil, həm də ermənilərə zərər verib. “Vardanyanın Qarabağda olduğu dövrdə Azərbaycan tərəfindən ona bölgəni tərk etməsi üçün bir çox mesajlar göndərilib, amma o, bu təklifləri rədd edərək, prosesi sonuna qədər davam etdirməyi seçib.”– deyə Nataly Aleksanyan bildirib.
Jurnalist bu qərarın Vardanyanın şəxsi siyasi qərarı olduğunu vurğulayıb və sual edib: “Bu seçimin məsuliyyətinin niyə başqaları tərəfindən daşınmalı olduğu və ya niyə Ermənistanda ümumi bir problem kimi qəbul edilməli olduğu?”
Məhkəmənin qərarı ilə bağlı şərh edərkən, Aleksanyan əvvəlcə Vardanyanın çıxışına diqqət yetirmək lazım olduğunu bildirib. Vardanyanın çıxışında “Artsax var idi, var və olacaq” ifadəsini işlətməsi, Aleksanyanın fikrincə, onun Azərbaycanın ərazi bütövlüyünə qarşı pozucu bir mövqe sərgilədiyini təsdiqləyir. “Artsax” anlayışının Azərbaycan üçün ərazi iddiası kimi qiymətləndirildiyini və həm Azərbaycan qanunlarına, həm də beynəlxalq hüquqa zidd olduğunu vurğulayan jurnalist, bunun Azərbaycanda strateji bir təhdid kimi qiymətləndirilməsinin gözlənildiyini qeyd edib.
Nataly Aleksanyan, Vardanyanın seçdiyi siyasi xəttin nəticələri ilə üz-üzə qalmasının qaçılmaz olduğunu söyləyib və gələcəkdə ərazi iddiaları və separatçı layihələr üzərində qurulan siyasi yanaşmaların tamamilə geridə qalmasının vacib olduğunu bildirib. O, həmçinin sülh içində bir Ermənistan və sülh içində bir Azərbaycanda bu cür gündəmlərə yer olmamalıdır, deyə əlavə edib.


























