image-natobackend

NATO-nun genişlənməsi Putinə açıq mesajdı-BAŞ KATİB

image-reklam_sirab_01

NATO-nun baş katibi Yens Stoltenber keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putini açıq şəkildə hədələyib.

Vətəninfo.az xəbər verir ki,NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, bu gün biz üzvlük üçün ən sürətli prosesi gördük: ” Bu, həm də prezident Putinə açıq mesajımızdı. O, daha kiçik NATO istəyirdi, indi daha böyük və güclü NATO görəcək. Burada ən mühüm mesaj ondan ibarətdir ki, hər bir xalq öz yolunu seçmək azadlığına malikdir.İsveç və Finlandiya keçmişdə bitərəf olmağı seçiblər. Onlar NATO-ya üzv olmaq istəyirdilər və biz bunu dəstəklədik, Türkiyə ilə razılıq əldə olundu. Bu, Putinin əldə etmək istədiyinin əksidir. “Mən NATO-nun genişlənməsini istəmirəm”, o, Ukraynaya müdaxilə etməzdən əvvəl demişdi.  Bu gün Türkiyə ilə iki üzv ölkə arasında anlaşma memorandumu imzaladıq. İfadələr son dərəcə aydındır. Heç bir silah növünə də istinad yoxdur. Bununla belə, iki ölkənin Türkiyəyə qarşı silah embarqosu qoymayacağı aydındır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki