image-4b60a1f8-221d-3b6a-a754-1547e374cfef_850backend

Naxçıvan iqtisadiyyatı 2%-ə yaxın böyüyüb

image-reklam_sirab_01

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da 1 milyard 50,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1,8 % çoxdur.

Bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə hər bir nəfərə düşən ÜDM-in dəyəri isə 2,2 % artaraq 2 267 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. 5 ayda sənaye üzrə 472,5 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da illik müqayisədə 1,7 % çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki