image-68backend

Nazarbayev partiya sədrliyindən gedir

image-reklam_sirab_01

Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərinin Prezident Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.

 

Veteninfo.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Aydos Ukibay bildirib.

 

“Partiyanın siyasi şurasının genişləndirilmiş iclasında Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərini Kasım-Jomart Tokayevə ötürmək qərarına gəlib. Səlahiyyətlərin ötürülməsi proseduru partiyanın nizamnaməsinə uyğun şəkildə həyata keçiriləcək”.

 

Qeyd edək ki, 2019-cu il martın 20-də prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının rəhbəri və “Nur Otan” partiyasının sədri postlarında qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki