image-43backend

Nazir Eldar Əzizovun qardaşını işdən çıxardı

image-reklam_sirab_01

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edib.

 

Veteninfo.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə komissiya sədri vəzifəsindən azad olunub. Onun yerinə Səadət Əsgərova təyin edilib.

 

Qeyd edək ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

 

Aydın Əzizov qulaq, burun, boğaz həkimidir.

 

Nazir Eldar Əzizovun qardaşınıİŞDƏN ÇIXARDI - FOTO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki