image-zengbackend

Nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin əsas aparıcı sektorlarından biri olacaq.

image-reklam_sirab_01

 

 

 

Azərbaycan əsirlər boyu böyük dövlətlərin maraqlarının toqquşduğu ərazi olub. Onun uğrunda neçə-neçə qanlı müharibələr, savaşlar olub. Vətənimizin yer üstü, yer altı sərvətləri, eləcədə coğrafi strateji mövqeyi  daim digər ölkələrin diqqət mərkəzində olub və olmaqda da  davam edir.

Azərbaycan elə bir mövqedədir ki,  Avropa ilə Asiyanı birləşdirən  körpü rolunu oynayır. Azərbaycan tarixən qədim “İpək yolu” -nun keçdiyi ölkələrdən biri dir. Buda onu nəqliyyat baxımından önəmli məkana çevirir.

Müasir zamanımızda da Vətənimiz bu əhəmiyyətini qoruyub saxlayıb.  Hazırda da ölkəmiz  demək olar ki, nəqliyyat  sektorunun bir çox sahələri üzrə inkişaf edir.

Qafqazda ən böyük və təhlükəsiz neft boru kəməri də məhz ölkəmizdən keçərək Azərbaycan neftini xarici ölkələrə ötürür.

Bu gün Ali Baş komandanımız İlham Əliyev ölkəmizdə bu sahənin daha da inkişaf etməyi üçün böyük layihələrə imza atıb.

Bu layihələrdən biri də Xəzər dənizin də yük daşıma gücü 25 milyon tona  qədər arta bilən , Ələt qəsəbəsində yeni böyük ticarət limanı layihəsidir və bu layihə üzrə işlər aparılır. Bununla da Azərbaycan bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilər.

Eləcə də Ölkəmiz 2020- cil 2 – ci Qarabağ müharibəsində işğaldan Azad etdiyi torpaqlar hesabına da ölkəmiz üçün yeni böyük imkanlar yaranıb. Hazırda da Zəngəzur dəhlizi layihəsi üzrə işlər davam edir. Bu dəhliz Azərbaycan dan Ermənistan , Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyə ərazilərindən keçərək Avropaya qədər uzanır.

Ölkəmizdə 6 beynalxalq hava limanı var , hazırda işğaldan azad olunan torpaqlarımızda da 3 yeni  hava limanı tikintisi üzrə işlər gedir.

Bütün bu işlər onu göstərir ki, Azərbaycan Enerji sektorundan sonra  Nəqliyyat sektoru üzrə də aparıcı ölkələrdən biri olacaq.

Azərbaycanın gənc müstəqil olan,  ölkə olmasına baxmayaraq belə sürətlə inkişafı digər ölkələrində diqqətindədir. Yeni layihələr  istiqamətin də də bir çox inkişaf etmiş ölkələr də Azərbaycanla tərəf daşlığa can atır. Sözsüz ki , bu da Azərbaycanın Dünya miqyasında nüfuzunun artmasını göstərir.

 

Nəsimi rayon gənci:

Əliyeva Rəfiqəxanım.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki