image-01-17backend

Nəsimi rayonunda daha iki yaşayış binasında və həyətlərində aparılan abadlıq-quruculuq işləri başa çatdırılıb.

image-reklam_sirab_01

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 8 girişli Alı Mustafayev küçəsi 3 və 5 mərtəbəli, 6 girişli Hüseyn Seyidzadə küçəsi 27a saylı binalarda və həyətlərində abadlıq, quruculuq-yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq hər iki binanın fasadları, dam örtükləri əsaslı təmir edilib, yağış suları axıdan borular və navalçalar dəyişdirilib, pilləkən qəfəsləri təmir olunub.
Təmir işləri zamanı ümumilikdə 14 ədəd giriş qapıları, 56 ədəd pəncərə dəyişdirilib, binaların giriş pilləkənləri aqlay daşla üzlənib, həyətlərinə söhbətgah və oturacaqlar qoyulub.
Binaların həyətlərində 3000 kv.m-dən artıq asfalt, 1000 kv.m-ə yaxın tamet daşları vurulub, 400 kv.m. istinad divarları bərpa edilib, yağış sularını axıdan xətlər çəkilib.
Həyətlərdə işıqlandırma sistemləri yenidən qurularaq 7 nöqtədə işıq dirəkləri quraşdırılıb.
Aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki