image-01-173backend

Nəsimi rayonunda Zəfər bağının və Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışı olub.

image-reklam_sirab_01

Nəsimi rayonunda 8 noyabr – Zəfər günü münasibəti ilə ümumi sahəsi 1 ha-dan artıq ərazini əhatə edən Zəfər bağının açılışı olub.

Hazırlanmış layihəyə uyğun olaraq ərazidə geniş miqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri aparılıb, 1200 kv. metr əraziyə tamet daşları döşənilib, işıqlandırma sistemi yenilənib, işıq dirəkləri quraşdırılıb, 1500 kv. metrdən artıq əraziyə qazon döşənilib, mövcud yaşıllıqlar bərpa edilib, həmişəyaşıl ağaclar və mövsümi gül-çiçəklər əkilib, yeni oturacaqlar quraşdırılıb.

Həmçinin Zəfər bağının ərazisində Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışı olub.

Zəfər bağının və xatirə kompleksinin açılışında rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri, rayonun ərazisində fəaliyyət göstərən idarə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.

Tədbirdə çıxış edən şəhid ailələri – Qiyas Zeynalov, Ceyhun Kərimov, Səxavət Əliyev, Balakişi Səfərov, Alimə Cəfərova və Yuliya Solntseva dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki