image-reklam-veteninfo
image-1backend

Netanyahdan İran xalqına çağırış: “Küçələrə çıxın, sizi qoruyacağıq” 

image-reklam-veteninfo

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu İranla davam edən müharibə fonunda diqqətçəkən açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, İsrailin baş nazirinin ofisinin məlumatına görə, o, Təl-Əvivdəki Kirya hərbi kompleksində yüksək səviyyəli təhlükəsizlik toplantısı keçirib. Görüşdə müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi Eyal Zamir və “Mossad”ın direktoru David Barnea iştirak edib.

Netanyahu çıxışında İranın yüksəkvəzifəli şəxslərinin öldürülməsinə səbəb olan hücumları xatırladaraq, təhlükəsizlik əməliyyatlarının davam etdiyini bildirib. O, İran xalqına müraciət edərək İsrailin hava əməliyyatlarının davam etdiyini və İran rəsmilərinin şəhər meydanları və əsas nöqtələrdə hədəf alındığını açıqlayıb.

Baş nazir yaxınlaşan Novruz bayramı münasibətilə insanları küçələrə çıxmağa çağırıb: “Bayramı qeyd etməyə davam edin. Biz yuxarıdan izləyirik. Küçələrə çıxın, sizi qoruyacağıq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki