image-51backend

Nizami rayonunda iş adamlarına qan uddurulur – Sahibkar abadlıq işlərinə görə hədələrlə üzləşib – FOTOLAR

image-reklam_sirab_01

Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində Arif Qasımovdan qalmış ənənələr davam edir. Bu rayon ərazisində fəaliyyət göstərən sahibkarlar yenə də incidilir, onlara qarşı əsassız tələblər irəli sürülür. Hətta iş o yerə çatıb ki, sahibkarlıq subyektləri İcra Hakimiyyətinin üzərinə düşən vəzifələri yerinə yetirmək istəyəndə belə müxtəlif əngəllərlə qarşılaşır, öz vəsaitləri hesabına abadlıq işləri aparmaq istərkən belə, buna görə rüşvət ödəməli olurlar. Məsələn, belə hallardan biri ilə Nizami rayonu, Nəsimi küçəsi 32 ünvanında mebel satışı ilə məşğul olan sahibkar Azər Hüseynov da qarşılaşıb. Mağazanın qarşısında və tamamilə dağılmış səkidə öz hesabına təmir işləri aparmaq, araziyə müasir səki daşları döşətmək, bir sözlə ətrafı göz oxşayan hala gətirmək istəyən sahibkar İcra Hakimiyyətinin yaratdığı süni maneələrlə üzləşib. Hər gün İcra Hakimiyyətinin müxtəlif şöbələrinin, xüsusən də Təsərrüfat şöbəsinin əməkdaşları gəlib sahibkarı hədələyir, onu abadlıq işlərindən çəkindirməyə çalışırlar. Səbəb də odur ki, sahibkar, əsalində İcra Hakimiyyətinin görməli olduğu işin həllilə məşğul olduğuna görə rayonun “ağalarını” görməyib. Təsəvvür edin, söhbət hansısa tikintidən, mövcud tikilinin genişləndirilməsindən və ya obyektlərdə əlavə pəncərələrin açılmasından getmir. Tamamilə qanuni şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.Hüseynov öz vəsaiti hesabına insanların da gediş-gəlişinə rahatlıq qatacaq, ətraf ərazinin səliqəli görkəm almasına səbəb olacaq bir işlə məşğul olduğuna görə də, rayon İcra Hakimiyyətini “görməli”, hələlik başçısı olmayan qurumun sayı bilinməyən rəhbərlərinin “xeyir-duasını” almalıdır. Xüsusən də Təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovla görüşməli, qabarmış, kələ-kötür vəziyyətə düşmüş səkinin “Nuh aləmindən qalmış” asfalt örtüyünü müasir daş parçaları ilə əvəz etmək üçün ona öz “hörmət və ehtiramını” bildirməlidir. Əslində isə belə işlərə görə sahibkara minnətdar olmaq, rayonun abadlaşdırılması işinə könül verdiyinə görə “çox sağol” deyilməlidir. Nizami rayonu İcra Hakimiyyətinin köhnə başçıdan yadigar qalmış “Arif adamlarının” isə öz standartları var. Bu adamlar ağac əkmək istəyənlərdən də nəsə umurlar…   Tariyel Tahirovla yanaşı, Nizami rayonunda sahibkarlara qan udduran bir məşhur adam da var – Mənzil Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev. Bu da Arif Qasımovdan qalmış “unikal qadrdır”. Adamı nə dövlət maraqlandırır, nə dövlətin maraqları, nə də dövlət rəhbərliyinin məmurlara xitabən səsləndiridiyi, “insanları incitməyin, sahibkarlara şərait yaradın” kimi çağırışları. Ramsin Abdullayevi maraqlandıran yeganə şey puldur. Nizami rayonunda Dövlətin və Xalqın xeyrinə iş görmək istəyən olarsa, Ramsin Abdullayev həm adama qənim kəsilir. Elə OYUNLAR qurur ki, iş adamları imkansız ailələrə əl tutmaqdan, sosial layihələrdə iştirak etməkdən də çəkinirlər. Bax, indi sahibkar A.Hüseynov da analoji vəziyyətdədir. Onu xeyirxah iş barədə düşünməyinə görə də peşman ediblər! Başladığı işlər isə yarımçıq qalıb. Sahibkar müxtəlif hədələrlə üz-üzədir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki