image-reklam-veteninfo
image-1backend

Ölkə ərazisində güclü külək müşahidə olunur

image-reklam-veteninfo

Saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər bölgələrində küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Qobustanda 22 m/s, Şahdağ və Göyçayda 20 m/s, Lerikdə 19 m/s, Tərtərdə 18 m/s, İsmayıllı və Şamaxıda 16 m/s, Şəki və Zərdabda 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 29, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki