image-reklam-veteninfo
image-637992458_10241697561278811_8389886479834579772_nbackend

Onlar bir gün öz həqiqi üzləri ilə ifşa olunacaq -Nahid Canbaxışlı yazır…

image-reklam-veteninfo

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı otelə girməyə cəhd edən bir qrup biqələmun, Prezidentin təhlükəsizlik əməkdaşları və ABŞ polisi tərəfindən zərərsizləşdirilib.

Bu hadisə, yalnız bir neçə nəfərin şərəfsizlik və əxlaqsızlıqla dolu olmasının göstəricisi deyil, həm də içimizdəki xəyanətkar qüvvələrin xarici düşmənlərə xidmət etmək üçün hər fürsəti qiymətləndirmələrinin bariz nümunəsidir. Bu biqələmunlar, özləri də etiraf etməsələr də, ruhlarını satmış və məqsədləri uğrunda hər cür vasitəyə əl atmağa hazır olan insanlardır. Lakin məqsədlərinə heç zaman çata bilmədilər, çünki Prezidentimizin mühafizə xidməti onların heç bir təxribatına imkan vermədi və onları otelin yaxınlığından belə uzaqlaşdırdı.

Əslində, bu biqələmun dəstəsi yalnız indi deyil, bundan sonra da olacaq. Çünki Azərbaycan dövləti və onun lideri hər zaman dövlətin və millətin maraqlarını qorumaq üçün addımlar atanda, bu cür soxulcanlar bir şəkildə ortaya çıxacaq. Onları yemləyənlər var, onlar hər zaman var olacaq, amma ən böyük təhlükə isə nə Amerikanın, nə də başqa ölkələrin agentlərində deyil, içimizdədir. Bu təhlükə, Bakıda, bizim öz əlimizlə böyüdüyü və maskalanmış xainlərin arasındadır.

Bu biqələmunlar o qədər ustalıqla maskalanıblar ki, onları saf-çürük etmək demək olar ki, mümkünsüzdür. Hər zaman müxtəlif üsullara əl atırlar, yalnız Prezidentimizin ailəsinə deyil, həm də məmurlara, tanınmış şəxslərə, dövlətimizə qarşı saxta xəbərlər yayırlar. Bu xəbərlər də xaricdəki dostlarına, xüsusən də Kanada və Amerika nömrələri ilə göndərilir. Bu, sadəcə bir yanaşmadır, bir alət.

Bundan əlavə, o qədər maskalanıblar ki, dövlət içindəki məmurları da aldada bilirlər, hətta dövlətdən hər ay pul almağa belə müvəffəq olurlar. Lakin bu məsələlər günün birində açılacaq və bu biqələmunların oyunları ifşa ediləcək.

Rami Mehtiyev və Əli Kərimli kimi şəxslərin rəhbərlik etdiyi dəstələr, birbaşa Rusiya və 5-ci kolona xidmət edirlər. Onlar, ölkəmizin inkişafına, xalqımızın gələcəyinə və milli maraqlarımıza təhdid yaradırlar. Bu, sadəcə bir oyun deyil, dövlətimizin gələcəyini təhlükə altına alan, bizə zərər verən bir cəhdin əlamətidir.

Bu xainlər və onların arxasında dayanan qüvvələr, nə qədər maskalanmış olsalar da, həqiqət və dövlətin maraqları hər zaman qalib gələcək. Onlar bir gün öz həqiqi üzləri ilə ifşa olunacaq.

Nahid Canbaxışlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki