image-72backend

“Onlar mənim üçün əsir deyil. Silahlarını atıb qaçıblar, təslim olublar…”

image-reklam_sirab_01

Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəsmi qəbullardan birində çəkilmiş gizli görüntüləri yayılıb. virtualaz.org xəbər verir ki, həmin görüntülərdə Simonyan həmsöhbətin “mənim üçün artıq əsirlər mövcud deyil”, – deyə bildirir. Simonyan çox güman ki, Azərbaycanla sərhəddə noyabrın 16-da əsir götürülmüş bir qrup erməni hərbçisini nəzərdə tutur. Simonyanın görüntülərini mobil telefonla gizlicə çəkən şəxs danışmır, amma görüntülərin bir neçə hissədən ibarət olduğu və kəsilib birləşdirildiyi görünür:

Həmsöhbəti: Məsələn, bizim əsirlər hələ 2-3 ay da gözləyə bilər?

Alen Simonyan: Düz deyirlər, düz deyirlər…

 

Həmsöhbəti: İnsanlar arasında belə şeylər danışanda…

Simonyan: Yox, düz deyil, başa düşmürlər. Həmin əsirlərin, həmin o əsgərlərin vəzifəsi nə idi?..

Həmsöhbəti: Vətəni müdafiə etmək.

Simonyan: Bağışlayın, ola bilsin mən bir az düz ifadə etmirəm, amma hesab edirəm ki, həmin əsirlər artıq yoxdur. Mənim üçün onlar yoxdur. Terrorçular təyyarəni girov götürəndə İsrail onlarla danışıqlar aparmır, təyyarəni vurur. Bəs bilirsinizmi, kimdir həmin əsirlər?

Həmsöhbəti: Bunu sizdən eşitmək istərdim…

Simonyan: Bunlar silahlarını atıb qaçıblar və azıblar. Mən bu haqda publik olaraq danışa bilmərəm. Bəs sizə maraqlı deyilmi ki, nəyə görə həmin əsirlərin valideyinləri indi fəallıq göstərmir? Çünki həmin adamlar bilir ki, əsgərlər fərarilik ediblər. Silahı atıb qaçıblar və əsir düşüblər.

Alen Simonyanın hələlik bu videoya münasibəti məlum deyil, amma Ermənistan parlamentinin bu gün əsirlərlə bağlı məsələni müzakirə etmək üçün təcili toplantı keçirəcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image