Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Kıprız evini ziyarət edib və mərkəzin qurucusu Ruslan Quliyevlə görüşüb. Görüş zamanı KKTC və Azərbaycan Respublikası arasında təhsil, turizm və digər iqtisadi sahələrdə əməkdaşlıq potensialı və imkanları müzakirə olunmuşdur. Qonaq mərkəzin fəaliyyətinə uğurlar arzulamış və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərinin bildirmişdir. Eyni zamanda gələcək fəaliyyətlərdə iş birliyi şurasının yaraılması ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.
Eləcə də qarşılıqlı əlaqələrin inkişafına kömək göstərmək məqsədi ilə beynəlxalq təcrübəni öyrənmək, treninqlər keçirmək , beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini qurmaq birgə daxili və xarici səfərlər təşkil etmək və bu istiqamətdə tərəflərin müvafiq birgə inkişaf proqramlarını hazırlamaq qərara alınıb.
Qonaq sonda xatirə dəftərinə mərkəz haqqında öz fikirlərini qeyd edib.