Türkiyə dünyada sağlamlıq turizmi sahəsində mühüm mövqeyə malik ölkələrdən biridir. Bu sahənin daha da inkişaf etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bu fikirləri Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Zirvəsi və Şimali Anadolu Sağlamlıq və Tibbi Avadanlıqlar Sərgisi (SAMED) çərçivəsində Samsun İl Sağlıq Müdirliyinin Sağlamlıq Turizmi üzrə məsul şəxsi, doktor Şennur Caner bildirib.
O, Türkiyənin sağlamlıq turizmi sahəsində müəyyənləşdirilmiş inkişaf strategiyasına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.
“Bizim inkişaf strategiyamız var. Bu strategiyaya sadiqik və yolumuza davam edirik. Bu sahənin daha da inkişafı üçün daha böyük layihələrə start verəcəyik”, – deyə Şennur Caner qeyd edib.


























