Türkiyənin Samsun şəhəri turizm potensialını genişləndirərək ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Zirvəsi və Şimali Anadolu Sağlamlıq və Tibbi Avadanlıqlar Sərgisi (SAMED) çərçivəsində Samsun İl Kültür ve Turizm Müdiri Süleyman Demirtaş bildirib.
O, Samsunun yüksək turizm potensialına malik olduğunu vurğulayaraq şəhərin turizm imkanlarının daha da genişləndiriləcəyini qeyd edib.
“Samsunun turizm potensialı olduqca yüksəkdir. Biz şəhərin turizm imkanlarını daha da genişləndirəcəyik. Turizmin inkişafı bölgənin ümumi inkişafına da mühüm töhfə verəcək”, – deyə Süleyman Demirtaş bildirib.
Onun sözlərinə görə, Samsun zəngin tarixi və mədəni irsi, dini abidələri, eləcə də özünəməxsus mətbəxi ilə turistlərin diqqətini cəlb edir.
Süleyman Demirtaş yaxın illərdə Samsunun Türkiyə turizmində daha mühüm mövqe tutacağına inandığını ifadə edib.
“Əminəm ki, yaxın illərdə Samsun Türkiyə turizminin ən önəmli mərkəzlərindən birinə çevriləcək”, – deyə o əlavə edib.


























