image-photo-2021-12-23-22-42-17backend

Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı.

image-reklam_sirab_01

Pandemiya — böyük ərazidə, məsələn bir neçə qitədə yayılıb, böyük sayda insanlara təsir edən epidemiya

Azərbaycanda pandemiyaya qarşı mübarizədə görülən işlər bir çox dövlətlər üçün nümunədir. Prezident İlham Əliyenin qabaqlayıcı tədbirləri həqiqətən də effektiv nəticələrini verməkdədir. Hazırda 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tikilib. O cümlədən Prezidentin açılışını etdiyi 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır.

Eyni zamanda Azərbaycan Tibb Universitetinin vaxtilə dövlət başçısının təşəbbüsü ilə tikilmiş Tədris-Terapevtik və Cərrahiyyə klinikasında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında da bir çox xəstələr müalicədədirlər. Bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələrin müalicəsi üçün 500 çarpayı mövcuddur. Yəni mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilib. Prezidentin daha bir göstərişinə əsasən hazırda ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Bu xəstəxanalar da işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək. Həmçinin bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatların keçirilməsi, koronavirusla bağlı müxtəlif müayinələrin aparılması üçün 18 laboratoriya var.

Ölkəmizdə pandemiyaya qarşı mübarizə planlı şəkildə aparılır. Bunun üçün hazırda uğurla reallaşdırılan vaksinasiya strategiyası hazırlanıb. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

 

Xatırladaq ki, proseslərin ölkə iqtisadiyyatına ciddi mənfi təsirinin olmaması üçün Azərbaycan Prezidenti tərəfindən 4 istiqamət üzrə işçi qruplar yaradılıb. İşçi qruplarının başlıca məqsədi mənfi fəsadların maksimum dərəcədə yumşaldılması və iqtisadiyyatın dayanıqlılığının təmin olunmasından ibarətdir. Addımın bir istiqaməti sosial bloka aiddir. Bu, bir tərəfdən də ölkə əhalisinin geniş təbəqəsinin sosial rifahının yüksəldilməsinə və ən azından zəifləmələrin olmamasına yönələn siyasətdir.

 

Qeyd edilənlər bir daha təsdiq edir ki, Prezidentin genişmiqyaslı iqtisadi və sosial dəstək paketi bir çox sahələrə tətbiq ediləcək. Paket pandemiyadan sonra iqtisadiyyatda yaranan boşluqları aradan qaldırmaq və minimum zərərlə çıxmağı da hədəfləyir.

Hümbətli Firuzə–ADPU

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki