image-33backend

Pandemiyaya qarşı mübarizədə vaksinasiyanın əhəmiyyəti

image-reklam_sirab_01

Hər birimizə məlumdur ki, koronavirusdan qurtulmağın yeganə yolu məhz vaksinasiyadır. Bu virus dünyamıza və gündəlik həyatımıza yeni reallıqlar gətirdi. Heç şübhəsiz, bundan sonrakı dövrdə biz həyatımızı bu reallıqlara uyğun davam etdirəcəyik. Bu reallıqlar isə bizə vaksin olunmağın vacibliyini tövsiyə edir. Vaksinasiyanın kifayət qədər böyük üstünlükləri var. Əgər biz vaksinasiya nisbətinə görə dünyada lider mövqedə olan İsrailə baxsaq, orada həyatın demək olar ki, tam şəkildə qaydasına düşdüyünü görərik. İnsanlar həyatlarına pandemiyadan əvvəlki dövrdə olduğu kimi davam edirlər

       Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70-80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektiv və perspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası, hələ ki, mümkün deyil. Bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir. Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Vaksinasiya bu məsələdə çox önəmlidir. Bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil – çiçək, difteriya və s. Ölkəmiz də vaksinasiyaya hazırlaşır. Dünyada üçüncü fazanı tamamlamış bir neçə vaksin var. Əsas diqqət yönləndirilən 5 vaksin mövcuddur. Onlardan ikisinin təsir mexanizmi təxminən eynidir. Digərləri isə fərqli təsir mexanizmi ilə effektini göstərir. İmmunitet iki yolla yarana bilər – ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə süni yolla. Vaksinlərin təsir mexanizmləri immun sisteminin cavabı qiymətləndirilərək fərqli yollarla hazırlanır. Peyvəndlərin nəzərə çarpmayacaq dərəcədə yan təsirləri var. Bu, illərlə tətbiq olunan vaksinlərə də aiddir. Bunlar keçici və təhlükə yaratmayacaq təsirlərdir. İnsandan-insana fərqli təsir göstərə bilər. Həmin təsirlər yerli və ya sistemik təsirlər ola bilər. COVID-19 vaksinlərinin bəzilərində üçüncü fazada ciddi yan təsirlər aşkarlandı. Buna görə onların tədqiqatları dayandırıldı. Hazırkı vaksinlərin effektivliyinə və təhlükəsizliyinə istehsalçılar zəmanət verir. TƏBİB nəzdində Elmi Komitə və Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri ciddi nəzarətdə saxlayır. Təhlükəsizliyi və effektivliyi yüksək olan vaksinin əldə olunub tətbiqi planlaşdırılır.

Vaksin cəmiyyətdə virusa qarşı ümumi immunitetin yaranmasının da yeganə yoludur. Koronavirusun dünya iqtisadiyyatina vurduğu böyük zərəri nəzərə alsaq, bundan sonrakı dövrdə səyahətlər zamanı bəzi ölkələr koronavirus pasportu tələbi də qoya bilər. Pandemiya yeni başlayan zaman Azərbaycan Prezidenti İlham Əliyev dövlətimiz üçün ən vacib məsələnin onun vətəndaşlarının sağlamlığının qorunması olduğunu söylədi.

Azərbaycan dövləti öz daxili imkanları hesabına pandemiyanın zərərlərini minimuma endirə bildi. Bundan başqa, bir sıra dövlətlərə və təşkilatlara kömək əlini uzatdı. Eyni zamanda, Azərbaycan dünya üzrə vaksini ən birinci əldə edən ölkələrdən oldu. Əslində, bunlar sadə səslənsə də, kifayət qədər gərgin işin nəticəsidir. Hazırkı dövrdə isə bizim üzərimizə düşən iş vaksinasiya prosesinə fəal şəkildə qoşulmaqdır. Çünki bunsuz həyatımızın normala dönməyi mümkün deyil.

 

Bağırova Günel – Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki