Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu fransalı həmkarları Jan-İv le Drian və Florens Parli ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə edib.
Veteninfo.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Fransa tərəfinə istinadən məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və Rusiyanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması üçün birgə səylərini müzakirə ediblər.